• HƏRBİ

    18:44 2 noyabr 2020

Nazirlik: Azərbaycanın döyüş təyyarəsinin vurulması barədə Ermənistanın yaydığı xəbər dezinformasiyadır

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

ONA xəbər verir kİ, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib: "Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR