• HƏRBİ

    11:01 26 iyul 2019

Nazirlik: “MiQ-29”-un qəza anı ilə bağlı yayılmış görüntünün əsası yoxdur

Müdafiə Nazirliyi sosial şəbəkələrdə guya “MiQ-29” qırıcısının qəza anını əks etdirən videogörüntü ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarə hərbi aerodromdan gecə vaxtı qalxıb, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib: “Yayılan videogörüntüdə isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür. Yayılan videogörüntünün heç bir əsası yoxdur. Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Sosial şəbəkələrdə yayıldan videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir. İctimaiyyətə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq".

ONA

Teqlər:

SON XƏBƏRLƏR