Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bolqarıstana gedib.
Bu barədə ONA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, N. Sadıkov Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.