Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam ölkələrinin anti-terror hərbi koalisiyası mərkəzində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, general-polkovnik N.Sadıkov ilə qurumun rəhbərliyi arasında keçirilən görüşdə mərkəzin strukturu, əsas məqsədi və tapşırıqları, prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.