Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb.
Bu barədə ONA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik N. Sadıkov martın 14-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.