• HƏRBİ

    13:20 3 mart 2022

Ordunun minaatan bölmələri təlim atış çalışmaları yerinə yetirib - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələr atışdan əvvəl ərazidə açılma, atəş mövqelərinin tutulması və minaatanların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Minaatanlardan yarımdüzünə tuşlama ilə tək hədəfə yerindən atış üzrə təlim atış çalışmaları müvəffəqiyyətlə icra olunub.

Bölmələrin təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq uğurla həyata keçirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR