• HƏRBİ

    18:30 1 mart 2019

Ötən ay aşkarlanmış mina və PHS-lərin sayı açıqlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 2019-cu ilin fevral ayında ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Agentlikdən ONA-ya verilən məlumata görə, ötən ay ANAMA tərəfindən Abşeron, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 246,127 m² (24.61 ha) ərazi yoxlanılıb, 1,088 ədəd partlamamış hərbi sursat (PHS) və 10 ədəd piyada əleyhinə mina (cəmi 1,098 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 476 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 532,902,209 m² (53,290.22 ha) ərazi təmizlənib, 802,415 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Fevral ayında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 17 (on yeddi) müraciət daxil olub (cəmi 20 çağırış). Müraciətlər əsasında 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz rayonları, Bakı və Sumqayıt şəhərləri ərazisində 21,827 kv.m ərazi yoxlanılıb, 815 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin fevral ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR