• HƏRBİ

    12:57 5 aprel 2019

Pakistanın Hərbi Dəniz Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR