• HƏRBİ

    10:09 15 aprel 2020

PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR