• HƏRBİ

    12:20 25 aprel 2019

Qar uçqununa düşərək həlak olan hərbçimiz dəfn edilib - VİDEO - YENİLƏNİB

Qar uçqununa düşərək həlak olan hərbçimiz dəfn olunub.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, 1992-ci il təvəllüdlü Məmmədov Fərrux Fərman oğlu Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***

Saat 11:33

Qar uçqununa düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Məmmədov Fərrux Fərman oğlunun ilə vida mərasimi keçirilir.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, Daşkəsən rayonunda keçirilən vida mərasiminə Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri qatılıb.

F.Məmmədov Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, mart ayının əvvəlində Azərbaycan Ordusunun hərbi qulluqçuları - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Məmmədov Fərrux Fərman oğlu qar uçqununa düşərək həlak olublar.

Fuad Nazimoğlu

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR