• HƏRBİ

    10:55 25 sentyabr 2023

Qarabağ bölgəsindəki növbəti mülki obyektdə silah-sursat aşkar edilib - VİDEO

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.
Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR