• HƏRBİ

    21:45 20 mart 2021

Qazaxda iki minik avtomobili toqquşub, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Qazaxda baş vermiş yol qəzasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölənlər Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun övladı 27 yaşlı Xəlilov Elvin Ziyarət oğludur.

Həmçinin 26 yaşlı Cövdət Qasımov və Məhərrəm Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “VAZ 21011”-ə dəyərək yol kənarındakı ağaclara çırpılıb.

***

Saat 19:48

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, qəzada yaralanan və həyatını itirənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Qəzada 26 yaşlı Qasımov Cövdət Fikirət oğlu yaralanıb, 26 yaşlı Xəlilov Elvin Ziyarət oğlu ölüb. Qəzada həyatını itirənlərdən digərinin şəxsiyyəti müəyyənləşdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR