• HƏRBİ

    16:10 24 may 2024

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub.

ONA xəbər verir ki, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb.

t.me/apa_az/84083

Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşündə imzalanmış Protokola əsasən, delimitasiya işləri aparılıb. Nəticədə 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR