• HƏRBİ

    13:13 20 avqust 2019

MN: Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılıb - YENİLƏNİB

Müdafiə Nazirliyi (MN) qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin nəşinin tapılması haqqında məlumat yayıb.

MN-dən APA-ya verilən məlumatda bildirilir ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

***

13.05

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin cəsədi tapılıb.

Pilotun qayınatası Qabil Hüseynli APA-ya bildirib ki, meyitin qalıqları tapılaraq sudan çıxarılıb.

Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR