Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlıq istiqamətində geniş sahələr üzrə danışıqlar aparmağa hazırdır
  • HƏRBİ

  • 11:55 08 Aprel 2020

Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlıq istiqamətində geniş sahələr üzrə danışıqlar aparmağa hazırdır

“Azərbaycan Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində köhnə tərəfdaşıdır. İki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq plana müvafiq olaraq inkişaf etməkdədir”.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaxs”a Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyeva bildirilib.

O qeyd edib ki, Rusiya Azərbaycanla aviasiyanın çatdırılması da daxil olmaqla, hərbi-texniki əməkdaşlıq istiqamətində geniş sahələr üzrə danışıqlar aparmağa hazırdır.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olublar.

Azərbaycan nümayəndə heyətinin üzvləri Rusiyanın Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən hərbi zavodlarına baş çəkiblər. Rusiyanın qlobal silah bazarının liderlərindən biri olan  “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə ölkəmizin Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib.

Nümayəndə heyətimizə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti, silahlanması, ümumilikdə aviasiya vasitələrinin istehsalı, istismarı və onlara texniki xidmət göstərilməsi barədə brifinqlər təqdim olunub.

Rusiya tərəfi öz növbəsində Azərbaycana Hərbi Hava Qüvvələrimizin ehtiyaclarını ödəyəcək sayda döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduqlarını bildiriblər.

Hərbi pilotlarımız Rusiyanın hərbi aviabazalarında MiQ-35 təyyarəsində praktiki uçuşlar yerinə yetirib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR