• HƏRBİ

    18:51 10 iyul 2019

Rusiya Baş Qərargah rəisi ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Bakıda görüşüblər

Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters Bakıda görüşüblər.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Avropa və qlobal təhlükəsizlik sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində baş verə biləcək insidentlərin qarşısının alınması üçün mümkün tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Rusiya və NATO hərbi ekspertləri arasında dialoqun bərpası perspektivləri, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyadakı vəziyyət müzakirə olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR