• HƏRBİ

    13:50 15 may 2024

Rusiya sülhməramlılarının çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq.

APA xəbər verir ki, bunu jurnalistlərə Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılması ilə əlaqədar Xocalıda keçirilən mərasimdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

"Azərbaycan və Rusiya dövlət başçıları arasında əldə olunmuş razılığa əsasən, sülhməramlı kontingentin missiyasının vaxtından əvvəl başa çatmasına və Azərbaycan ərazini tərk etməsinə qərar verilib. Qərar veriləndən dərhal sonra Müdafiə Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq, kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilib. Bugünkü tədbir də sülhməramlı kontingentin missiyasının başa çatması ilə əlaqədardır. Sülhməramlı kontingentin bazasında keçirilən bu tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak edir”, - MN rəsmisi qeyd edib.

Anar Eyvazov bildirib ki, sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq: “Onu da qeyd edim ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir. Bununla bağlı əlavə məlumat veriləcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR