• HƏRBİ

    12:20 10 oktyabr 2023

Rusiyanın hərbi gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.
Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR