• HƏRBİ

    06:30 24 sentyabr 2019

Sabirabad rayon sakini Bakıda kirayə yaşadığı mənzildə ölü tapılıb

Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Çiçək qəsəbəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Ağasadiq Məhərrəmovun meyiti qəsəbə ərazisində kirayədə yaşadığı mənzildə aşkar olunub.

Onun ölümünün səbəbləri Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR