Şəhid əsgər Nurlan Əbilov Masallıda dəfn edilib - [color=red]FOTO[/color]
  • HƏRBİ

  • 15:03 19 Aprel 2021

Şəhid əsgər Nurlan Əbilov Masallıda dəfn edilib - FOTO

Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Nurlan Əbilovla vida mərasimi keçirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhid əsgər Nurlan Əbilovun nəşi doğulduğu Masallı rayonunun Ağakişibəyli kəndinə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin övladına təhvil verib.

Nurlan Əbilov Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov Prezident İlham Əliyevin qismən səfərbərlik haqqında elan etdiyi sərəncamla ordu sıralarına çağırılmışdı. O, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdı və aylardır ki, komada idi.

Nurlan Əbilov bu gün səhər saatlarında müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilən şəhidimiz ailəli idi, iki övladı var.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR