Şəhid polkovnik Babək Səmidli dəfn olunub - [color=red]FOTO[/color]
  • HƏRBİ

  • 12:03 24 Noyabr 2020

Şəhid polkovnik Babək Səmidli dəfn olunub - FOTO

Polkovnik Babək Səmidli dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, B. Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

Mərasimdə çıxış edənlər - Müdafiə Nazirliyinin nümayəndələri, döyüş yoldaşları B. Səmidlinin şücaətindən, qəhrəmanlığından, döyüş yolundan danışıblar.

Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov B. Səmidlinin tabutu bükülmüş bayrağı onun oğlanlarına verib.

Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR