• HƏRBİ

    10:20 6 mart 2019

Silahlı Qüvvələr uzaqmənzilli dağıdıcı gücə malik raket sistemləri ilə təchiz edilib

Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır.

ONA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib ki, Silahlı Qüvvələrin ən müasir sistemlərlə, o cümlədən uzaqmənzilli (300 km-dan artıq) yüksək dəqiqlik və dağıdıcı gücə malik raket sistemləri, ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri ilə və s. təchiz edilməsi işləri həyata keçirilib.

Qeyd olunub ki, Ordunun silah arsenalının daha da gücləndirilməsi üçün müasir silahların alınması istiqamətində işlər davam etdirilir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR