• HƏRBİ

    20:08 5 mart 2019

Sumqayıtda əl qumbarası aşkar edilib

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində əl qumbarasının aşkar edilib.

ANAMA-dan ONA-ya verilən məlumata görə, saat 14:57-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə həmin ərazidə əl qumbarasının tapılması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR