Şuşa şəhərində 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 15:04 20 Yanvar 2021

Şuşa şəhərində 20 Yanvar faciəsinin ildönümü qeyd olunub - VİDEO

Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

ONA-nın xəbərinə görə, Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR