• HƏRBİ

    13:48 12 mart 2019

Təlimlər zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib

Genişmiqyaslı təlimlərin planına əsasən təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.

Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR