• HƏRBİ

    11:52 21 avqust 2019

Təyyarə qəzasında həlak olan pilot Rəşad Atakişiyev dəfn olunub

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn olunub.

APA-nın məlumatına görə, bu gün səhər saatlarında pilotla vida mərasimi Yeni Yasamaldakı evində başlayıb.

Ardınca Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində rəsmi vida mərasimi təşkil olunub.

Vida mərasimi yekunlaşandan sonra pilot R. Atakişiyevin II Fəxri Xiyabanda dəfn mərasimi keçirilib. Yaylım atəşi açılıb, pilot Azərbaycan himninin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

Allah rəhmət eləsin!

ONA

Teqlər:

SON XƏBƏRLƏR