Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.
“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - qeyd olunub.