Tovuz rayonu, İbrahim Hacılı kəndi ərazisində mərmi aşkar edilib. ANAMA-dan ONA-ya verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Tovuz rayonu, İbrahim Hacılı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partlamış 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 230 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.