• HƏRBİ

    11:40 29 avqust 2019

Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Azərbaycana gəlib

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Təlimlər sentyabrın 2-dən 16-dək keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR