Türkiyə Müdafiə Nazirliyi: “Azərbaycanla “Qardaş briqada” layihəsi başladılıb”
  • HƏRBİ

  • 16:50 05 Sentyabr 2021

Türkiyə Müdafiə Nazirliyi: “Azərbaycanla “Qardaş briqada” layihəsi başladılıb”

“Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyumlu hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb”.

ONA-nın xəbərinə görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara bildirib.

P. Kara deyib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin müvafiq heyətlərinin birgə təlim və tədrisi davam edir: “İki dövlət, tək millət” anlayışı ilə qədərdə və sevincdə bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davasında bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR