Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 15:04 07 Fevral 2021

Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir - VİDEO

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir. Təlim çərçivəsində Türkiyə və Azərbaycan ordusunun Qarsda təlim keçən hərbiçilərinə havada və məsafədən atlanma üzrə təlim keçilib.

APA-nın  yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə aid Türkiyə MN-nin Twıtter  səhifəsində yer alan  videogörüntü  “Qartal kimi göydə süzür, aslanlar kimi yerdə kükrəyir, bir dastandır könüllərdə” ifadələri ilə yayınlanıb.

Qeyd edək ki, fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusunun hərbiçilərinə Qarsda ortaq hərbi təlimlər keçiriləcək.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR