Türkiyə və Azərbaycan hərbçilərinin “Sualtı hücum” birgə hərbi təlimləri davam edir.
ONA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər Türkiyə və Azərbaycanda keçirilir. Bu çərçivədə “Sualtı Hücum və axtarış-xilasetmə”, “Yaşayış məhəllələrində döyüş” və “Sahilə hücum” təlimləri keçirilib.