Türkiyənin paytaxtı Ankarada yerləşən Kara Harp Okulunda (Quru Qoşunlar Akademiyası) Azərbaycandan olan şəhid məzunların xatirəsini əbədiləşdirmək məqsədilə löhvə asılıb.
ONA xəbər verir ki, vaxtilə Kara Harp Okulunda təhsil almış, Azərbaycanın torpaq bütünlüyü uğrunda şəhid olan dörd məzunun adı xatirə lövhəsinə yazılıb. Bunlar Əhməd Abdullayev, İlqar Verdiyev, Murad Mirzəyev və Vüqar Yusifovdur.
Xatirə lövhəsi Akademiyanın məzunu, hazırda Azərbaycanın Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədovun təşəbbüsü ilə asılıb.
Qeyd edək ki, Əhməd Abdullayev 2010-cu ildə cəbhə xəttində düşmənin həmləsini dəf edərkən, Müdafiə Nazirliyinin əməkdaşı olmuş İlqar Verdiyev 2012-ci ildə təmas xəttində mina patrlaması nəticəsində, Murad Mirzəyevlə Vüqar Yusifov isə 2016-cı ildə “Aprel döyüşləri”ndə şəhid olublar.