• HƏRBİ

    14:05 20 oktyabr 2023

Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - FOTO

Türkiyənin F-16-ları Azərbaycana gəlib.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, "Mustafa Kamal Atatürk - 2023" təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib.

Qeyd edilib ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR