Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbi qulluqçusu şəhid olub, 143 nəfər yaralanıb
  • HƏRBİ

  • 12:09 26 Yanvar 2021

Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbi qulluqçusu şəhid olub, 143 nəfər yaralanıb

"Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanın müavini, polkovnik Ceyhun Cəfərov deyib.

O bildirib ki, döyüşlər zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: "Hərbi qulluqçularımızın göstərdiyi peşəkarlıq Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib".

 

Polkovnik C. Cəfərov Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusunun da medalla təltif edildiyini vurğulayıb.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR