Vətən müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin sayı açıqlanıb
  • HƏRBİ

  • 14:48 03 Dekabr 2020

Vətən müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin sayı açıqlanıb

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş hərbçilərin sayını açıqlayıb.

ONA xəbər verir ki, nazirliyin açıqladığı məlumatda bildirilir ki, 100-dən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur: “Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür”.

Məlumata görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində həlak olmuş 103 hərbi qulluqçusunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

 

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR