• HƏRBİ

    15:26 5 oktyabr 2023

"Xəzri-2023" təlimində xüsusi təyinatlılar tapşırıqları yerinə yetirib - VİDEO

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir.

ONA MN-ə istinadən xəbər verir ki, məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Azərbaycan və Qazaxıstan HDQ-nin hərbi qulluqçuları keçirilən məşqlərdə verilən tapşırıqların icra edilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR