• HƏRBİ

    17:24 30 aprel 2019

Zakir Həsənov cibutili həmkarı ilə görüşüb

İstanbulda keçirilən “İDEF-2019” beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Cibutinin Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşüb.

Bu barədə ONA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR