Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Zakir Həsənov “İDEF - 2019” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.