Zakir Həsənov Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb
  • HƏRBİ

  • 10:55 12 Aprel 2022

Zakir Həsənov Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb

Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi, korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, qonaqları salamlayan müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.

R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR