Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.
ONA-nın məlumatına görə, zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
Sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyeva təşəkkür ediblər.
Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar.