Azərbaycan Prezidenti Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib
  • İDMAN

  • 11:58 13 Fevral 2020

Azərbaycan Prezidenti Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib.

ONA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter”də paylaşım edib.

“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan millisi İtaliyanın paytaxtı Romada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında ilk dəfə rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

OXŞAR XƏBƏRLƏR