• İDMAN

    16:06 22 yanvar 2023

“Yuventus” Avropa kuboklarında iştirakdan məhrum edə bilər

UEFA İtaliyanın “Yuventus” klubunu Avropa kuboklarında iştirak hüququndan məhrum edə bilər.

ONA-nın xəbərinə görə, bu barədə “La Gazzetta dello Sport” qəzeti yazıb.

Əgər klubun ödənişlər zamanı maxinasiyalara yol verdiyi təsdiqlənərsə, UEFA belə qərar qəbul edə bilər. Ancaq “Yuventus” İtaliya çempionatında iştirakını Avropa kuboklarına qatılmadan başa vurarsa, belə sanksiya qəbul olunmayacaq.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası şübhəli transferlərə görə “Yuventus” klubunun 9 xalının silinməsinə dair iddia qaldırıb. Yanvarın 20-də İtaliyanın Futbol Federasiyası Məhkəməsi digər halları da araşdıraraq klubun 15 xalının silinməsi barədə qərar çıxarıb.

Məhkəmə müəyyən edib ki, şübhəli əməliyyatları gizlətmək üçün mühasibat sənədlərində səhv məlumatlar daxil edilib.

Xallar silindikdən sonra komanda A qrupundakı 3-cü yerdən onuncu yerə geriləyib. Klub qərardan kassasiya şikayəti verəcəyini bildirib.

Məhkəmə qərarına görə Fabio Paratiçi (idman direktoru) 2,5 illik, Andre Anyelli (prezident) və Mauritsio Arrivabene 2 illik, Federiko Kerubini (idman koordinatoru) 1,4 illik, Pavel Nedved (inzibatçı) 8 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR