• İDMAN

    19:47 11 aprel 2024

“Fənərbaxça”nın Superkubok cəzaları açıqlanıb, "Qalatasaray" qalib elan olunub

“Fənərbaxça”nın Superkubok cəzaları açıqlanıb, "Qalatasaray" qalib elan olunub.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurası qərar verib.

Qərara əsasən, "Fənərbaxça"ya 0:3 hesablı texniki məğlubiyyət verilib və 4 milyon TL cərimə tətbiq olunub.

Digər tərəfdən, "sarı-lacivərd"i meydandan çıxaran Ahmet Ketencinin 60 günlük həbs və 520 min TL pul cəzası aldığı açıqlanıb.

Superkubok matçı zamanı “Qalatasaray” azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə "sarı-qırmızılar" ümumilikdə 212 min TL ziyana düşüb.

Bu qərarlardan sonra 2022/23 Superkubokunun sahibinin "Qalatasaray" olduğu qeydə alınıb.

Qeyd edək ki, "Fənərbaxça"nın 19 yaşadək futbolçulardan ibarət komandası Türkiyə Superkubokunun finalında "Qalatasaray"la matçın 3-cü dəqiqəsində meydandan çəkilmişdi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR