Son 25 ildə Azərbaycanda orta hesabla 740 milyon ton neft hasil edilib.
"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində ölkənin neft-qaz sektoruna 101 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub.
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan indiyədək (bu ilin avqustun axırına kimi) 161 mlrd. kubmetr qaz hasil edilib.
Onun sözlərinə görə, ötən dövr ərzində AÇG-dən 492 mln. ton neft hasil edilib.
Nazir əlavə edib ki, indiyədək Azərbaycan AÇG layihəsindən 143 mlrd. dollar gəlir əldə edib.
Qeyd edildi ki, bu ilin 8 ayında ölkədə 25,1 mln. ton neft hasil edilib, 20,2 mln. ton neft isə ixrac edilib.