• İDMAN

    10:50 13 sentyabr 2024

"Formula 1" yarışlarına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb

Daxili İşlər Nazirliyi “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb.

ONA DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.

Həmçinin

- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla)

- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla)

- Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla)

- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar

- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter

- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla)

- Dronlar və digər uçan cihazlar,

- Megafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri

- Soyuducu qutular, pikinik üçün səbətlər

- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar

- İri əşyalar və bel çantaları,

- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər

- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan "Qran-pri"si bu gün başlayır. Yarış sentyabrın 15-də başa çatacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR