“Fərman bütün növ istehlak kreditlərini, o cümlədən problemli avtomobil kreditlərini də əhatə edəcək. Fərman 2015-ci ildə baş verən devalvasiyalara qədər qalığı qalmış, ödənilməmiş bütün problemli istehlak kreditlərinə şamil olunacaq”.
ONA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını şərh edərkən bildirib.
V.Qasımlı deyib ki, kompensasiya dövlət büdcəsindən ödəniləcək. Büdcədə kifayət qədər imkan var, ödənişlər may ayında başa çatacaq. İİTKM icraçı direktoru fərmanın nə üçün 10 min dollardan çox götürülən problemli kreditlərə şamil olunmamasına da aydınlıq gətirib: “10 min dollara qədər götürülən kreditlər istehlak kreditləri olub və insanların ehtiyaclarını ödəmək üçün götürülüb. Ona görə də Prezidentin fərmanı məhz 10 min dollara qədər olan kreditlərə şamil edilib. Bu məsələdə dövlətin imkanlarını da nəzərə almaq lazımdır”.