• İQTİSADİYYAT

    13:51 30 mart 2019

Rusiyadan Azərbaycana 14 kq kürü keçirilməsinin qarşısı alınıb

Gömrükdə balıq kürüsü və siqaretlər aşkarlanıb.

ONA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Airtrek" markalı nəqliyyat vasitəsi saxlanılıb və rentgen qurğusu vasitəsilə avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı şübhəli məqamlar müəyyən edildiyindən təkrar gömrük yoxlaması aparılıb və nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, qabları ilə birlikdə ümumi çəkisi 13800 qram olan 26 ədəd plastik qablarda qara rəngli dənəvari balıq kürüsü və 700 ədəd "Belomorkanal" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR