2030-cu ilədək 170 ölkə plastik kütlənin istifadəsinin azaldılmasına dair öhdəliyi üzərinə götürüb. Bu barədə diplomatlar BMT-nin Nayrobidə təşkil olunan Assemblyasında razılığa gəliblər. 5 gün davam edən tədbirdə 4 700 nəfər iştirak edib.
Hazırda dünya üzrə plastik məhsullarının çəkisi 8,3 milyard ton təşkil edir. Plastik məhsulların yalnız 9%-i təkrar istehsala göndərilir, 70%-i isə zibilliklərdədir. Statistikaya görə, hər il 8 milyon ton plastik kütlə Dünya okeanını çirkləndirir.