• İQTİSADİYYAT

    18:13 13 mart 2019

Sabah ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15 mart 2019-cu il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. ONA xəbər verir ki, İstiqrazlar 1 008,8333 manat qiyməti ilə satışa çıxarılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının bazaemissiya prospekti 26 oktyabr 2018-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 65,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR